Vaxtilə Rusiyanın ən varlı adamı olmuş Mixail Xodorkovski 20 il bundan əvvəl baş vermiş qətl işi ilə bağlı Rusiya prokurorluğunun çıxardığı həbs qərarını “siyasi motivli” adlandırıb.
Yukos neft şirkətinin sabiq rəhbəri Nefteyuqansk şəhərinin meri Vladimir Petuxovun qətlinin təşkilində təqsirləndirilir.
Hazırda Britaniyada mühacir həyatını yaşayan Xodorkovksi ona qarşı irəli sürülən ittihamları rədd edib.
Onun sözlərinə görə həbs qərarı deməkdir ki, Vladimir Putin onu hədə kimi qəbul edir.
Mixail Xodorkovski ilə BBC müxbiri Richard Galpin söhbət edib.

Şərhlər