Menu

"Neftçi" çökür: Türkiyə toplanışı da ləğv olunur

26.12.2015, 18:10
"Neftçi" çökür: Türkiyə toplanışı da ləğv olunur

Manatın devalvasiyası və neftin qiymətinin dünya bazarında kəskin ucuzlaşması "Neftçi"ni tamamilə çökdürüb.

Rekord.az xəbər verir ki, pulsuzluq ucbatından legioner məşqçi ilə anlaşa bilməyən bakılılar qış toplanışını da Türkiyədə keçə bilməyəcək.

Son məlumat budur ki, SOCAR-dan kluba bunun üçün vəsait olmadığı deyilib. Bu isə o deməkdir ki, böyük ehtimalla komandanın Antalya toplanışı ləğv olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol