Menu

Kanadada naməlum şəxs lotereyada 43,3 mln dollar udub

27.12.2015, 01:38
Kanadada naməlum şəxs lotereyada 43,3 mln dollar udub

Kanadanın Ontario bölgəsindəki Mississoqa şəhərində naməlum şəxs milli “Lotto Max” lotereyasında 43,3 mln ABŞ dolları udub.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə lotereya təşkilatçılarının açıqlamasında bildirilir.

“CBC” telekanalının məlumatına görə, lotereya oyunu zamanı daha 8 biletin hər biri 721 min dollar udub. Uğurlu biletlərdən ikisi Ontario ştatında, üçü Kvebekdə, qalan üç bilet isə Britaniya Kolumbiyasında əldə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol