Menu

"Rusiyanın hərbi müdaxiləsi istisna deyil"

24.02.2014, 17:27
"Rusiyanın hərbi müdaxiləsi istisna deyil"

Ukraynanın milliyyətçi “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok Rusiyanın Sevastopola hərbi müdaxiləsinin mümkünlüyünü istisna etmir.

APA-nın “RBK-Ukrayna”ya istinadən verdiyi məlumata görə, Ali Radada çıxış edən O.Tyaqnibok Sevastopola Rusiya hərbi qüvvələrin, konkret olaraq dəniz piyadalarının istiqamət aldığını bildirib.

O həmçinin qeyd edib ki, axtrışa verilən Viktor Yanukoviç hazırda Sevastopoldadır: “Ona görə də Rusiyanın hərbi müdaxiləsi Yanukoviçə dəstək məqsədi daşıya bilər. Lakin bu, Rusiya ilə müharibənin başlanğıcı ola bilər”.

Qeyd edək ki, Rusiya baş naziri Dmitri Medvedev Ukraynada yaranmış vəziyyəti Rusiya milli maraqları üçün təhlükəli adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol