Ukraynada prezident Yanukoviçin qanlı hadisələrdən sonra qaçması bütün dünya KİV-lərinin diqqət mərkəzindədir. AzPolitika.info dünyaca məşhur Qərb KİV-lərinin bəzilərindən sitatları təqdim edir:
“Slate” informasiya portalı (ABŞ)
Ukraynada indi baş verən hadisələr bir tərəfdən gələcəyə ümüdlə baxmağa imkan versə də, digər yandan əksinə olaraq qorxu hissi yaradır. Aydın görünür ki, Ukraynadakı böhran tezliklə həllini tapmayacaq. Kiyevdə baş verənlər demokratiya ilə dikraturanın mübarizəsi deyil. Bu mahiyyət etibarı ilə Ukraynanın daxilində və eləcədə Rusiya ilə Qərb arasında hakimiyyət üğrunda mübarizədir.
“The Financial Times” (B.Britaniya)
Ukraynanı xaos bürüyür və Rusiyanın müdaxiləsi artır. Bu şərtlər daxilində Qərbin konstruktiv nailiyyət qaznmaq məsuliyyəti aydın şəkildə üzə çıxır. Rusiya Ukraynanı beynəlxalq ictimaiyyət üçün qəddarlıq, dağıdıcılıq və təhlükəli vətəndaş müharibəsinə cəlb edə bilər. Krımı və Şərqin bir neçə sənaye regionunu ölkədən qoparmaq istiqamətində onları təxribata çəkə bilər.
“Deutsche Welle “(Almaniya)
Yanukoviçin partiyasının gələcəkdəki hadisələrə neçə reaksiya verəcəyini gözləmək lazımdır. Yuliya Timoşenko irəlidəki prezident seçkilərində iştirak edəcəyini bəyan edib. Keçmiş baş nazir hələ də öz populyarlığını saxlasa da, onun personası ciddi fikir ayrılığına səbəb ola bilər. Ukrainlərın bir hissəsi onu müdafiə etsə də, digər kəsimlər Timoşenkonu qətiyyətlə rədd edirlər. İlk növbədə Ukrayna üçüç ən vacib məsələ dialoqun yaranmasıdır. Hakimiyyəti ələ götürmüş müxalifət ölkədə milli milli barışıq yarada biləcəyini sübut etməlidir.
“The Guardian”(B.Britaniya)
Rusiya prezidenti Vladimir Putinin nöqteyi nəzərindən yanaşsaq, Moskvanın son dövlərdəki xarici siyasət kursu uğurlu olub. V.Putin Qərbin Suriyaya qarşı olan qətiyyətli hərəkətlərinə baxmayaraq, Bəşər Əsədi hakimiyyətdə saxlaya bilib. Elə görünürdü ki, Rusiya Ukraynanın Qərbə inteqrasiya etməsinin qarşısını ala biləcək və bu da onlara ölkəni Avrasiya İttifaqına çəkmək imkanı verəcək. Ancaq Ukraynadakı vəziyyət daha qarmaqarışıqdır. Belə vəziyyət isə Moskvaya öz planlarını həyata keçirməkdə xeyli maneçilik törədir.

Şərhlər