Menu

PARLAMENTDƏ DEVALVASİYA MÜZAKİRƏSİ - "Əhali zəif manata adaptasiya olmalıdı"

29.12.2015, 16:30

Z3b4ef-milli-meclis-0117Milli Məclisin bu gün keçirilən iclasında manatın devalvasiyası barədə müzakirələr 0lub. Trend-in məlumatına görə, millət vəkilləri müxtəlif təkliflər səsləndirib.

Millət vəkili Vahid Əhmədov hökuməti bu məsələ ilə bağlı ciddi tədbirlər görməyə çağırıb: “Biz hökumətin müəyyən üzvləri, Mərkəzi Bankla müzakirələr aparmışıq. Təklifimiz odur ki, əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın. Xahiş edirəm ki, hökumət Mərkəzi Banka bu istiqamətdə kömək etsin. İkincisi isə, əhalinin əmanətlərinin sığortalanması ilə bağlıdır. Əmanətlərə 3 illik morotorium qoyulsun. Üçüncü təklifim bankların birləşməsi ilə bağlıdır. Gedən proseelər onu göstərir ki, manatın devalvasiyasından sonra problemlər yarana bilər. Bunun üçün hökumət gecə-gündüz işləməlidir. Azərbaycan belə hadisələr çox görüb və mən əhalini təmkinli omağa çağırırıram”.

Spiker Oqtay Əsədov isə cavabında deyib ki, bu istiqamətdə Prezident İlham Əliyevin hökumətə ciddi tapşırıqları var: “Hazırda tədbirlər planı hazırlanır. Yaxın bir ay ərzində əhalimiz bunu hiss edəcək”.

"Azərbaycan əhalisi zəif manata adaptasiya olmalıdır." "Report"un verdiyi xəbərə görə, bu fikirlə deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında çıxış edib: "Bayramda ajiotajın yaranmasının qarşısı alınmalıdır. Çünki daha sonra "qara bazar"dakı qiymətlər valyutadəyişmə məntəqələrinə transfer ola bilər".

Ə.Məsimli həmçinin 50%-lik devalavasiyanın bütün ağırlığının əhalinin üzərinə düşməsini düzgün saymır: "Çətinliklər bölüşdürülməldir. Ya köhnə məzənnə ilə razılaşmaq, ya restruktizasiya - uyğun vatiantlar seçilməlidir".

"Monitorinqlər genişləndirilməlidir, təbii qiymət artımı olmalıdır. Süni qiymət artımının qarşısı alınmalıdır. Təbii qiymət artımını da qarşılamaq üçün əmək haqları və pensiyalar indeksləşdirilməli, artırılmalıdır. Orta və kiçik sahibkarlıq, qeyri-neft sektoru inkişaf etdikcə manat sabitləşməyə gedəcək. Ümid edirəm ki, 2016-2017-ci illərin ağırlığını hökumət aradan qaldıra biləcək", - deyə millət vəkili əlavə edib.

Ə.Məsimli qeyd edib ki, Azərbaycan hökuməti dünya bazarında neftin qiymətinin 25-30 dollar/barelə qədər enməsi ehtimalına hazır olmalı, Mərkəzi Bankla bunun üçün iş görməlidir.

Parlamentin spikeri Oqtay Əsədov isə bildirib ki, hökumət və Mərkəzi Bank bu istiqamətdə tədbirlər planı hazırlayır: "Yaxın günlərdə əhali bunu müşahidə edəcək".

“Azərbaycan neft gəlirlərindən ən gözəl istifadə edən ölkədir. Ona görə də heç bir israfçılığa yol verməmişik”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında manatın devalvasiyası ilə bağlı müzakirələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank manatın məzənnəsinin sabit saxlanıması üçün davamlı olaraq 2 milyard vəsait xərcləyib: “Bunu etməkdənsə həmin vəsaiti vətəndaşların problemlərinin həll edilməsinə xərcləyərdilər. Yəni, bütün problemləri Mərkəzi Bank həll etməlidir. Çünki bank öz potensialından kifayət qədər istifadə edə bilər. Eyni zamanda, əldə etdikləri gəlirləri ortaya qoyub bu problemi həll edə bilərlər”.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bildirib ki, 10 il ərzində Azərbaycana daxil olan yüksək səviyyəli gəlirlərin xərclənməsi istiqamətində yol verilən səhvlər, israfçılıq gələcəyimiz barədə düşünməyə vadar edir.

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında çıxış edən deputat qeyd edib ki, hökumətin iqtisadçılarının nə qədər zəif olduğunu devalvasiyası üzə çıxardı:

“21 fevral devalvasiyasından sonra hakimiyyət eşalonunda olan iqtisadçılar nə baş verdiyi ilə bağlı danışmadı. Zahid Oruc sinəsini qabağa verib bunun haqlı mövqe olduğunu dedi. Bu dəfə isə 50 faizlik devalvasiya oldu. Bu barədə insanlara heç nə deyilməyib. İsrafçılıq yox olacaqmı, idxal-ixrac şəffaf olacaqmı? Bu barədə vətəndaşlara heç nə deyilmir.

Mərkəzi Bank Naxçıvanla bağlı olanı təkrarlaya bilmədiyini deyir.

Qeyd edilir ki, Naxçıvanda bir milyon manat məbləğində olduğu üçün ödəmək rahatdır. Mərkəzi Bank isə bunu edə bilmir. “Sədərək”də, “Binə” ticarət mərkəzlərində acınacaqlı vəziyyətdə olduğunu düşünərək konkret addımlar atılmalıdır, islahatlar keçirilməlidir. Dövlət qurumlarında ixtisarlar olmalıdır.

Bu yuxarıdan başlanılmalıdır ki, aşağı təbəqədə də devalvasiya rahat keçsin. Situasiya ilə bağlı vətəndaşa izahat verilməlidir, çünki hamı narahatdır.

Sədr Oqtay Əsədov bu istiqamətdə işlərin aparıldığını qeyd edərək bildirib ki, yaxın müddətdə bunu görəcəyik.

Milli Məclisin bugünkü iclasında Qüdrət Həsənquliyev də iqtisadi vəziyyətlə bağlı da fikirlərini bölüşüb:Dünyanın heç yerində Azərbaycandakı qədər yüksək bank faizləri yoxdur. 42 bankın hərəsi “Naxçıvanbank” kimi 370 vətəndaşa güzəşt etsə, vəziyyət dəyişər”.

Q.Həsənquliyev ardınca sensasion fikir söylədi: “AXC-nin uğursuz bir kadrı kimi, çox təəssüf ki, indiki iqtidar Elman Rüstəmovu uzun illər bu postda saxladı”.

Spiker isə etiraz etdi və şəxsiyyət haqqında danışarkən ehtiyatlı olmağa çağırdı: “Xalq Cəbhəsindən gələnlər çoxdur, nə olsun, deputat da olmaq olmaz?”

Eyni zamanda o, bankların vətəndaşlara güzəşt etməsinə də etiraz etdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol