Menu

Milli Məclisdə Elman Rüstəmova ittiham - "AXC-nin uğursuz kadrı..."

29.12.2015, 13:22
Milli Məclisdə Elman Rüstəmova ittiham - "AXC-nin uğursuz kadrı..."

“2015-ci il Ermənistanın işğalçı ordusunun Azərbaycanda ən çox itki verdiyi ildir. Ona görə də erməni lobbisi narahatdır və Azərbaycana qarşı ABŞ-ın təzyiq göstərməsi üçün hərəkətə keçib. Amma sözün doğrusu, mən parlamentin bununla bağlı qanun qəbul etməsini düzgün hesab etmirəm”. Musavat.com-un məlumatına görə, bu barədə Milli Məclisin bugünkü iclasında Qüdrət Həsənquliyev deyib

Q.Həsənquliyev iqtisadi vəziyyətlə bağlı da fikirlərini bölüşdü: “Dünyanın heç yerində Azərbaycandakı qədər yüksək bank faizləri yoxdur. 42 bankın hərəsi “Naxçıvanbank” kimi 370 vətəndaşa güzəşt etsə, vəziyyət dəyişər”.

Q.Həsənquliyev ardınca sensasion fikir söylədi: “AXC-nin uğursuz bir kadrı kimi, çox təəssüf ki, indiki iqtidar Elman Rüstəmovu uzun illər bu postda saxladı”.

Spiker isə etiraz etdi və şəxsiyyət haqqında danışarkən ehtiyatlı olmağa çağırdı: “Xalq Cəbhəsindən gələnlər çoxdur, nə olsun, deputat da olmaq olmaz?”

Eyni zamanda o, bankların vətəndaşlara güzəşt etməsinə də etiraz etdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol