Menu

Səudiyyə taxtının varislərindən biri vəfat etdi

29.12.2015, 15:31
Səudiyyə taxtının varislərindən biri vəfat etdi

Səudiyyə Ərəbistanının mətbuat agentliyi Twitterdə krallıq taxt-tacının varislərindən biri - şahzadə Məhəmməd bin Nəvaf bin Əbdüləzizin ölümü barədə məlumat yayıb.

Oxu.az Gazeta.ru-ya istinadən xəbər verir ki, 62 yaşlı Məhəmməd bin Əbdüləziz diplomat vəzifəsində çalışırdı və Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri idi. Buna qədər isə o, İtaliyada səfir vəzifəsində çalışıb.

Şahzadənin beş uşağı qalıb. O, Türkiyə gəmiqayıranları tərəfindən hazırlanan böyük yaxtaya sahib idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol