Menu

Avro 2 manata qalxdı – "Exchange"lərdə son vəziyyət

30.12.2015, 10:31
Avro 2 manata qalxdı – "Exchange"lərdə son vəziyyət

Azərbaycanda avronun məzənnəsi növbəti mühüm psixoloji həddə - 2 manata yaxınlaşıb. Fins.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə valyuta məzənnələrini elan edəndən sonra Bakıdakı valyutadəyişmə məntəqələrində dollar və avronun satışına başlanıb.

Fins.az-ın əməkdaşının apardığı müşahidələr zamanı məlum olub ki, şəhərin mərkəzində dollar 1,6 manata alınır 1,72 manata satılır. Avro isə daha kəskin bahalaşıb. Hazırda 1 avro 1,74 manata alınır, 1,99 manata satılır.

Hazırda valyutadəyişmə məntəqələrinin qarşısında valyuta alanlar olsa da, dünənki izdiham müşahidə olunmur. Bəzi məntəqələr fəaliyyət göstərməsə də, əksəriyyət məntəqələrdə satış var.

[gallery columns="6" ids="182091,182092,182093,182094,182095"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol