Menu

Daha bir vəzifəli şəxs özünü asdı

30.12.2015, 12:33
Daha bir vəzifəli şəxs özünü asdı

Sosial şəbəkələrdə Masallı rayon icra başçısının köməkçisi Elşən Sadıqovun intihar etməsi xəbəri yayılıb. Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev Trend-ə açıqlamasında E.Sadıqovun öldüyünü təsdiqləsə də, hadisənin intihar olmasını təkzib edib.

Q.Hadıyev bildirib ki, E.Sadıqov dekabrın 28-dən 29-na keçən gecə yaşadığı mənzildə vəfat edib: "Bu barədə məlumat almışıq. Mərhumun atası bildirib ki, Elşən Sadıqov ürək tutmasından dünyasını dəyişib".

AzPolitika.info-nun məlumatına görə, Elşən Sadıqovun meyiti meşədə asılmış vəziyyətdə tapılıb. Hadisənin baş vermə səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. O, Masallı rayonunun Kolatan kəndindəndir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol