Menu

ABŞ daha bir ölkənin məmurlarına qarşı sansksiyalar hazırlayır

31.12.2015, 09:41
ABŞ daha bir ölkənin məmurlarına qarşı sansksiyalar hazırlayır

ABŞ prezidentinin administrasiyası İranın bir sıra şirkət və fiziki şəxsinə qarşı sərt sanksiyalar tətbiq etməyə hazırlaşır.

"Report"un "Lenta.Ru"-ya istinadən verdiyi xəbərə görə, Tehranın ballistik raket proqramının inkişafına mane olmaq istəyən rəsmi Vaşinqton, İranın 10-dan çox şirkət və məmurunu yeni sanksiya siyahısına daxil etməyə planlaşdırır.

Qeyd edək ki, Şimali Koreyanın istehsalı olan Rodong raketlərinin texnologiyası əsasında yaradılan İranın Shahab-3/3B tipli ballistik raketləri, iki min kilometr məsafəni qət etmə potensialına malikdir. Beləliklə, Tehran İsraillə yanaşı Yaxın Şərqdə yerləşən ABŞ-ın hərbi bazalarına da zərbə endirmək iktidarındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol