Avropanın əsas şəhərlərində yeni il şənlikləri ərəfəsində təhlükəsizlik tədbirləri sərtləşdirilir: rəsmilər mümkün terror qəsdlərindən narahatdır. Belçika paytaxtı Brüsseldə həyəcana görə Yeni il atəşfəşanlığı planları ləğv edilib. Digər şəhərlərdə, o cümlədən Paris, London və Moskvada əlavə təhlükəsizlik tədbirləri görülür.
Bu arada Türkiyədə təhlükəsizlik rəsmiləri deyiblər ki, Ankarada planlaşdırılan hücumun qabağını alıblar. Rəsmilər iddia edib ki, yeni il şənlikləri vaxtı Türkiyə paytaxtında hücum hazırlamaqda şübhəli bilinən iki nəfər özünü "İslam Dövləti" adlandıran qruplaşmasının üzvüdür.
Çərşənbə axşamı Belçika polisi yeni il ərəfəsində Brüsseldə basqın planlaşdırdığı deyilən iki nəfəri həbs etmişdi. Basqın nəticəsində polis İD təbliğatını, hərbi geyimləri və kompüter avadanlıqlarını zəbt etmişdi.
Cümə axşamı daha bir reyd nəticəsində bir nəfər həbs edilmişdi, polis deyib. Bu, Paris hücumları ilə bağlı 10-cu həbsdir.
Fransa paytaxtında əsas yeni il atəşfəşanlığı ləğv olunub. Amma Yelisey çöllərində ənənəvi tədbir, sərt təhlükəsizlik tədbirləri altında olsa da, keçiriləcək (BBC).


Şərhlər