Azərbaycandan aparılan alma yükü Azərbaycan-Rusiya sərhədinin Dağıstan ərazisində saxlanılıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yük Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində fitosanitar-karantin nəzarət xidməti tərəfindən saxlanılıb.
“Rosselxoznadzor”un Dağıstan üzrə İdarəsindən verilən məlumata görə, yükün saxlanmasına səbəb məhsulların fitosanitar sertifikatının olmamasıdır. Fitosanitar-karantin nəzarət xidmətindən bildiriblər ki, həmin məhsullarda “Kaliforniya böcəyi” xəstəliyinin əlaməti aşkarlanıb. Yükün sahibi isə buna görə inzibati məsuliyyətə cəlb olunub.


Şərhlər