Menu

Ərdoğan administrasiyası: Prezidentin sözləri təhrif edilib

02.01.2016, 11:33
Ərdoğan administrasiyası: Prezidentin sözləri təhrif edilib

“Prezident Hitlerin deyil, Almaniyanın idarəçilik sistemindən danışıb".Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Hitler Almaniyası” ilə bağlı veridiyi açıqlamanı Türkiyə prezident administrasiyası şərh edib.

ANS PRESS-in məlumatına görə, administrasiyanın açıqlamasında bildirilir ki, Ərdoğanın sözləri təhrif edilib.

“Prezident Hitlerin deyil, Almaniyanın idarəçilik sistemindən danışıb. Prezident idarə üsulu o demək deyil ki, ölkə federallaşmalıdır. Həm parlament, həm də prezident idarə üsulunda ədalət daha önəmlidir”.

Türkiyə prezidenti Səudiyyə Ərəbistanından səfərdən qayıtdığı zaman jurnalistlərə verdiyi açıqlamada ölkədə yaradılacaq yeni idarə üsulundan danışmışdı.

"“Unitar dövlətdə prezident sistemi ola bilməz” deyə bir şey yoxdur. Hazırda bunun dünyada nümunəsi var, keçmişdə də olub. Hitler Almaniyasına baxdığınızda orada da bunu görürsünüz, müxtəlif ölkələrdə də bunun nümunələrini görmək olar. Əsas odur ki, prezident dövlətində xalqı narahat edən sistem olmasın. Ədalət olanda, çətinlik olmayacaq”, - Ərdoğan qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol