Menu

Dollar 2016-cı ildə rekord dərəcədə bahalaşacaq

02.01.2016, 21:39
Dollar 2016-cı ildə rekord dərəcədə bahalaşacaq

“Bloomberg” nəşri ekspertlərinina apardığı tədqiqatlar göstərib ki, 2016-cı ildə ABŞ dolları Kanada dolları, Britaniya funtu və Noveç kronasından başqa bütün əsas rəqiblərinə münasibətdə bahalaşacaq.

Ən böyük devalvasiyaya Yeni Zelandiya və Avstraliya dolları, eləcə də İsveçrə frankı məruz qalacaq (5,%-8%).

Bundan əlavə, ABŞ valyutasına münasibətdə Danimarka və İsveç kronası (təxminən 5%), Yaponiya yenası (təxminən 3,5 %) və avro (3%) da ucuzlaşacaq.

Ekspertlər hesab edirlər ki, dolların möhkəmlənməsinin əsas səbəbi dekabrın ortalarında ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin artırılması haqqında qəbul etdiyi qərardır.

Onların fikrincə, 2016-cı ildə iqtisadi artım davam edərsə uçot dərəcəsi daha dörd dəfə artırıla bilər.

“Çox güman ki, dollar 2016-cı ildə əksər valyutalara münasibətdə bahalaşacaq”, – “Brown Brothers Harriman & Co”nun eksperti Mark Çandler hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol