Menu

Səudiyyə Ərəbistanı İran səfirini qovdu

03.01.2016, 19:24
Səudiyyə Ərəbistanı İran səfirini qovdu

Səudiyyə Ərəbistanı ölkəni tərk etmək üçün İran səfirinə 24 saat vaxt verib.Trend-in məlumatına görə, Səudiyyə Ərəbistanı Tehranda ölkənin səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına cavab olaraq İranla diplomatik əlaqələrin pozulması haqqında qərar qəbul edib.

Qeyd edək ki, Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol