Goranboy rayonunda intihar hadisəsi baş verib. “Report” xəbər verir ki, rayonun Qarasüleymanlı kənd sakini 1987-ci il təvəllüdlü Abdullayev Natiq Mətləb özünü kənd məktəbinin qazanxanasında kəndirlə asaraq intihar edib.
İki uşaq atası olan N.Abdullayevin intihar etməsinin səbəbləri Goranboy rayon Prokurorluğunun araşdırmalarından sonra məlum olacaq.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsində müayinə olunduqdan sonra aidiyyatı üzrə təhvil verilib.


Şərhlər