Menu

Neft üçün iki fərqli proqnoz

04.01.2016, 15:44

Oil-Commodity-Market82016-da neft qiymətlərində analitiklər artım, treyderlər isə azalma gözləyir.

Bundan təxminən bir il əvvəl, altı ay ərzində neft qiymətlərinin yarıya enməsinin ardından, analitiklər 2015-ci il üçün qiymətlərdə toparlanma gözləyərkən, treyderlər mövqelərini bağlamaq ilə məşğul idi. Daha sonra meydana gələn proseslər treyderlərin haqlı olduğunu göstərdi, neft qiymətləri 2015-ci ildə 35% aşağı düşdü.

İndi, yenidən analitiklər 2016-ci il üçün bir toparlanma (artım) olacağı proqnozunu verərkən, treyderlər neftin daha da ucuzlaşacağını gözlədiklərindən Dekabr ayında rekord miqdarda qısa mövqe alıblar (satış mövqeyi).

İki fikir arasındakı fərq, analitiklərin gündəlik 2 milyon barrelə qədər çata biləcək artıq neft təklifinə dair reaksiyadan irəli gəlir. Bir çox təhlilçi ABŞ başda olmaq üzrə neft çıxaran şirkətlərin aşağı gəlirlər və borclardan dolayı istehsalını azaldacağını proqnozlaşdırır və bununla əlaqədar olaraq 2016-ci ilin sonuna doğru baş verəcək bir qiymət artımı təxmin edirlər.

Birjalarda əməliyyat aparanlar isə analitiklərin 2015-ci il gözləntilərinin də bənzər bir məntiqə əsaslandığını söyləyərək, 2016-ci il üçün də bunun səhv olacağını bildirirlər. Treyderlər neft istehsalçılarının həm uzun perspektivdə həyatda qalmaq üçün xərcləri azaldacaqlarını, həm də borclarını ödəməyə davam edə bilmək üçün aşağı qiymətlərdə istehsala davam edəcəklərini deyirlər. Onlar hesab edirlər ki, ən azı qarşıdakı iki-üç il ərzində yüksək neft qiymətləri olmayacaq.

Neftin Dekabrda sürətlə düşməsi və Brent neftin qısa bir müddətə 35 dollardan aşağı enərək 11 ilin ən aşağı səviyyəsini görməsinin ardından, bəzi analitiklər proqnozlarını gözdən keçirəcəkləri siqnalları verirlər. Analitiklərin 2016-ci ildə qiymət artımı olacağına dair gözləntilərini əksinə çevirmələri üçün qiymət proqnozlarında kəskin azalmalar etmələri lazımdır.

Reuters-in 31 analitik arasında keçirdiyi sorğuda Brent xam nefti üçün bu ilə dair proqnoz 57.95 dollar olub. Bu rəqəm indiki qiymədən 20 dollar yüksəkdir. Və bir çox analitik, istehsalda ediləcək fasilələrin gələn il bazarın istiqamətini dəyişəcəyi fikrini davam etdirir.

Buna baxmayaraq, bazar 2016-ci ilin sonlarına doğru belə bir artımın göstərəcəyinə dair az siqnal verir. Brent xam neft perspektivliləri əyrisi Fevral 2016 və Dekabr 2016 arasında müqavilələr üçün 7 dolların altında bir artım göstərir. Treyderlər bunun gələn il artım üçün inamın az olması mənasına gəldiyini deyirlər. Brent və ABŞ xam neftinin barrelinin orta qiymətləri 2015-ci ildə 53.60 və 48.76 dollar olub.  /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol