Menu

Eynulla Fətullayev tanınmış jurnalisti işdən çıxarıb - AÇIQLAMA

04.01.2016, 22:15
Eynulla Fətullayev tanınmış jurnalisti işdən çıxarıb - AÇIQLAMA

Tanınmış jurnalist Famil Cəfərli virtualaz.org saytının rəhbərliyindən uzaqlaşıb. Bu barədə Feysbukda özü yazıb.

"Mənə virtualaz.org saytının redaktoru kimi, hansısa xəbərlə, məqalə ilə əlaqədar, yəni sırf iş prosesi ilə bağlı müraciət edən dostlara və həmkarlara bildirirəm ki, daha saytda işləmirəm. Redaksiyaya müraciət edin. Hər kəsə təşəkkürlər və uğurlar..."

Virtualaz.org saytının təsisçisi Eynulla Fətullayev isə F.Cəfərlinin "işindəki nöqsanlara görə" saytdan uzaqlaşdırıldığını bildirib: "Famil Cəfərli özü yazıb. Ona görə münasibət bildirməyə məcburam. O öz istəyi ilə işdən getməyib, işdən çıxarılıb. İşində yol buraxdığl ciddi səhvlərə görə. Düzünü yazmaq lazımdır!!!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol