Tehran və Ər-Riyad arasında birbaşa toqquşma Səudiyyə Ərəbistanının sonu olar. Belə bir fikri Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovskiy "LifeNews" telekanalına açıqlamasında dilə gətirib.
AzPolitika.info-nun məlumatına görə, ekspert, hətta böyük sərvəti də Səudiyyə Ərəbistanını məğlubiyyətdən xilas edə bilməz.
"Əgər İranla Səudiyyə Ərəbistanı birbaşa toqquşarlarsa, Səudiyyə Ərəbistanı sadəcə yox olar, özü də çox tezliklə. Səidiyyə Ərəbistanı varlı ölkə olsa da, İran çox ciddidir", deyə ekspert bildirib.
Ekspert əmindir ki, açıq konflikt zamanı Tehran regionda özünə kifayət qədər müttəfiq tapar, Ər-Riyad isə yalnız ABŞ-ın köməyinə ümid edərkən hətta bu dəstəyi də ala bilməz.
"Ər -Riyad başa düşmür ki, ABŞ-ın ona simpatiyası nədirsə, xəyali bir şeydir", deyə Satanovskiy bildirib.
Xatırladaq ki, yanvarın 2-də KİV-lər Səudiyyə Ərəbistanında terrorizmdə ittiham olunan 47 nəfərin edam olunduğu barədə xəbər yayıb. Röyters-in məlumatına görə, edam olunanların əksəriyyəti 2003-2006-cı illərdə Əl-Qaidə ilə bağlılığı olanlardır. Lakin edam olunanların arasında şiə din xadimi Nimr əl-Nimr də olub. İranın buna reaksiyası çox sərt olub - Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyinə hücum olub. Bundan sonra Ər-Riyad Tehranla diplomatik münasibətləri dondurduğunu açıqlayıb.
"AzPolitika"


Şərhlər