Menu

""Kapital Bank" ASC-nin Ucar filialının müdiri bayramımızı qara gətirdi" - ŞİKAYƏT

05.01.2016, 17:22
""Kapital Bank" ASC-nin Ucar filialının müdiri bayramımızı qara gətirdi" - ŞİKAYƏT

Ucar rayonu Qarabörk kənd sakini İsrayılov Məhəmməd İsrayıl oğlu tərəfindən "AzPolitika.info"ya şikayət məktubu göndərilib. Həmin məktubu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:

""Kapital Bank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov bizim ailənin bayramını qara gətirdi. Bayram edə bilmədik. Belə ki, oğlum Valeh iş yoldaşı Hüseynov Anar Feyruz oğlunun "Kapital Bank" ASC-nin Ucar filialından götürdüyü kreditə görə zaminlik etmişdir.

Bir müddət krediti Anar Hüseynov ödədikdən sonra işdən çıxarıldığı üçün "KapitalBank" ASC-nin Ucar filialı hər ay kreditin pulunu oğlum Valehin maaşından tutmağa başladı. Buna görə heç bir narazılığımız olmayıb.

Ancaq "Kapital Bank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov oğluma verilmiş 1216 manat 13-cü maaşını tam olaraq kredit borca görə tutmuşdur. Bu isə ciddi qanun pozuntusudur. Çünki kredit müqaviləsinə əsasən ilin 12 ayına görə kreditə görə pul ödənməlidir. Ancaq 13-cü maaşın kreditə tutulması tam qanunsuzluqdur. 6 nəfərdən ibarət ailəmizdə Valehdən başqa işləyən yoxdur. Ümidimiz ona veriləcək 13-cü maaşa idi. Onu da "Kapital Bank" ASC-nin Ucar filialı tamamilə tutmaqla, ailəmizin bayramını qara gətirdi. İmkansızlıqdan bizim ailə bayram etmədi.

Mən buna görə bir ağsaqqal valideyin kimi "KapitalBank" ASC-nin Ucar filianın müdiri Daşqın Ələkbərova iradımı bildirdim. Amma o mənə dedi ki, belə olmalıdır.

Bildirirəm ki, "KapitalBank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov az müddətdə qanunsuz əməlləri ilə cəmiyyət arasında böyük narazılıq yaratmışdır. Hətta o içkili vəziyyətdə idarə etdiyi Banka məxsus avtomobili aşırıb yararsız hala salmışdır.

Oğlumun 13-cü maaşının tamamilə "KapitalBank" ASC-nin Ucar filialı tərəfindən tutulmasına görə Prezidentə, Mərkəzi Banka və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə şikayət ərizəsi ilə müraciət etmişəm. Mətbuat vasitəsi ilə də aidiyyatı orqanlara - Prezident cənab İlham Əliyevə, Mərkəzi Bankın sədri cənab Elman Rüstəmova və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova müraciət edib, xahiş edirəm bu qanunsuzluq faktını obyektiv araşdırıb, qanuni tədbir görəsiniz".

P.S.  "Kapital Bank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərovun da mövqeyini işıqlndıra bilərik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol