Menu

İnsan Alverinə Qarşı Mübarizə İdarəsində ölüm

06.01.2016, 12:46
İnsan Alverinə Qarşı Mübarizə İdarəsində ölüm

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ölüm hadisəsi baş verib. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1971-ci il təvəllüdlü Təranə Nağı qızı Cəfərova binadan düşərək ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, dünyasını dəyişən T. Cəfərova Baş İdarədə xadimə işləyib. O binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol