Menu

Dollar/Rublda yeni rekord

06.01.2016, 15:07
Dollar/Rublda yeni rekord

Neftin qiymətinin düşməsi fonunda Rusiya rublu dəyərdən düşür.

"Marja" xəbər verir ki, Rublun Amerika valyutası qarşısında son 1 ildə növbəti rekordu qeydə alınıb. Bu gün Brent neftinin barrelinin 35,56 dollara düşməsi ilə əlaqədar olaraq 1 dollar 74 rubl həddinə qalxıb.

Dolların məzənnəsi sonuncu dəfə 2014-cu ilin 16 Dekabr tarixində 74 rubldan yuxarı qalxmışdı. O zaman 1 dollar 80 rublu keçmişdi.

Avropa valyutası da artmağa başlayıb və 79,5 rubl həddinə yaxınlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol