Menu

Qətər də İrandakı səfirini geri çağırır

07.01.2016, 00:00
Qətər də İrandakı səfirini geri çağırır

Qətər hakimiyyəti İrandakı səfirini geri çağırır."Report" "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə edilən hücuma etiraz əlaməti olaraq qəbul olunub.

Ər-Riyad yanvarın 3-də İranla diplomatik münasibətləri kəsdiyini elan edib. Buna Krallıq ərazisində şiə məzhəbindən olan alim Nimr ən-Nimrin edamına etiraz edən nümayişçilərin Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəd şəhərindəki konsulluğuna hücum etmələri səbəb olub.

Yanvarın 4-də Bəhreyn, Sudan və Birləşmiş Ərəb Əmirlikləri İranla diplomatik münasibətləri işlər müvəkkili səviyyəsinə endirdiklərini bəyan ediblər.

Yanvarın 5-də Küveyt Tehrandakı səfirini geri çağırıb. Bu gün, həmçinin Cibuti hakimiyyəti İranla diplomatik münasibətləri pozub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol