ABŞ-da xam neft ehtiyatlarının azalmasına baxmayaraq neft qiymətləri düşür.
Bakı vaxtı ilə 09:10-da Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,74 dollar artaraq 33,23 dollar təşkil edib.
ICE birjasında Brent markalı neftin qiyməti 0,75 dollar azalaraq 33,48 dollar olub.
Dünən və bu gecə Brent nefti 8,5%-ə yaxın ucuzlaşıb.Yanvarın 4-də neftin qiyməti 38 dollar civarında idi.
Neftin ucuzlaşmasının əsas səbəbi Çin iqtisadiyyatının zəifləməsidir. Çində sənayeyə dair açıqlanan bir məlumatın mənfi çıxmasından və Çinin yuanı dollar qarşısında 5 ilin ən aşağı səviyyəsinə salandan sonra, Çin və qlobal birjalarda satışlar başlayıb.
Dünən ABŞ-da rəsmi neftbaza məlumatları açıqlanıb. İqtisadçıların proqnozlarına görə, Enerji İnformasiya İdarəsi tərəfindən açıqlanacaq neft ehtiyatları göstəricisinin 439, 000 -500,000 barel artması gözlənilirdi. Lakin ehtiyatlar əksinə 5,085 milyon barel azaldı. Ehtiyatlar azaldığından neftin qiymətinin qalxacağı gözlənilirdi Lakin, neft ucuzlaşmasını davam etdirib.
Qlobal təklif çoxluğunun olduğu bir şəraitdə, Neft İxrac Edən Ölkələr Birliyin (OPEC) hasilat kvotasını sərbəst buraxıb.
Citigroup və UBS kimi dünyanın iri investisiya banklarının analitikləri neftin qiymətinin qarşıdakı aylarda 30 dollara düşəcəyini proqnozlaşdırırlar. /"Marja"


Şərhlər