Bakı şəhər Prokurorluğundan Trend-ə bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
* * *
Taxıl Kombinatının direktoru Qalib Bağırov yaşadığı bağ evində öldürülüb.
Bu barədə APA-ya açıqlamasında mərhumun oğlu Pənah Bağırov bildirib.
O qeyd edib ki, atası evdə tək yaşayıb: “Atam bağ evində tək yaşayırdı. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyini bilmirik. Hadisəni törədən şəxslər evin altını-üstünə çeviriblər. Hazırda evdə polis və prokurorluq əməkdaşları araşdırma aparır. Evə heç bizi də buraxmırlar. Polis əməkdaşları mənim də izahatım alıb. Ümid edirik ki, qətli törədən şəxslər tezliklə tapılacaq”.
* * *
Bakı Taxıl Kombinatının direktoru xüsusi amansızlıqla qətlə yetirilib. Hüquq-mühafizə oprqanlarından Trend-ə verilən məlumata görə, Hövsan qəsəbəsi, yeni yaşayış massivindəki evində qətlə yetirilən 1963-cü il təvəllüdlü Bağırov Qalib Afim oğlunun meyiti tapılıb. Naməlum şəxslər Q.Bağırova 8 bıçaq zərbəsi vurub.
Rayonun hüquq-mühafizə orqanları hazırda hadisə yerindədirlər. Meyitə baxış keçirilərkən məlum olub ki, bıçaq zərbələrindən əlavə meyitdə boğulma əlamətləri də aşkar edilib.
Faktla Bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
* * *
Bakıda daha bir qətl törədilib. APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.
Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.


Şərhlər