Bu gün Simferopolda Krım tatarlarının yarımadanın Ukraynadan ayrılması planlarına qarşı mitinq keçirilir.

Tanınmış krımlı jurnalist Naciyə Feminin virtualaz.org saytına verdiyi eksklüziv məlumata görə, minlərlə insan şəhərin mərkəzi meydanına toplaşıb. Onun sözlərinə görə, bir çox rusiyapərəst qüvvələr bu mitinqdə təxribat tərətməklə hədələyib. Onlar Krım Tatarlarının Məclisinin binası önünə rəngli zərflər atıblar.

N.Feminin verdiyi məlumata görə, Krımın Rusiyadan ayrılmasını tələb edən qüvvələr də meydana tərəf hərəkət etməyə başlayıb. Onlar Krım parlamentinin binası önündə toplaşıblar. Bu adamların arasında idman kostyumlarında və kazak geyimində olan gənclər üstünlük təşkil edir. Krımın ayrılmasının tərəfdarları ilə əleyhdarları arasında milis kordonu qurulub.

Mitinqdə “Allahu-əkbər!”, “Krım - Rusiya deyil!”, “Krım - Ukraynadır!” şüarları səslənir. Aksiyada çıxış edənlər Türkiyəni ləngimədən məsələyə müdaxilə etməyə və Krım tatarlarına yardım göstərməyə çağırırlar. Krım Tatarları Məclisinin üzvləri və Krım müsəlmanlarının müftisi də mitinqdə iştirak edir.