Menu

Neftin ucuzlaşması davam edir

09.01.2016, 09:19
Neftin ucuzlaşması davam edir

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,11 dollar yaxud 0,33% ucuzlaşaraq 33,16 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,20 dollar və ya 0,59% ucuzlaşaraq 33,55 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 35 dollar/barel olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol