Menu

Ziya Məmmədov vəzifədə qalmağa çalışır- Sərnişindaşımanı istəyir

09.01.2016, 12:19

ziyaNəqliyyat naziri Ziya Məmmədov vəzifədə qalmaq üçün səylərini davam etdirir. Azadlıq.info-ya daxil olan xəbərə görə, faktiki olaraq heç bir səlahiyyəti qalmayan, Nəqliyyat Nazirliyinin ləğv ediləcəyinin fərqində olan Ziya Məmmədov bütün cəhdlərilə yenidən sərnişindaşımaya nəzarəti əlinə keçirmək istəyir.

Məlumatda bildirilir ki, Ziya Məmmədov sərnişindaşıma ilə bağlı ayrıca qurum yaradılması və özünün da oranın rəhbərliyinə təyin edilməsinə çalışır. Lakin mənbə bildirir ki, nəqliyyat nazirinin bu cəhdləri baş tutmayacaq. Çünki artıq sərnişindaşıma xidməti şəhər və rayonların icra hakimiyyətlərinə verilib. Xidmətin yenidən icra hakimiyyətlərindən alınaraq ayrıca qurum yaradılması inandırıcı görünmür. Bu icra başçılarının ciddi narazılığa səbəb ola bilər. Digər tərəfdən ölkədə getdikcə dərinləşən maliyyə böhranı da buna imkan vermir. Hakimiyyət indi yeni qurum yaratmaq barədə düşünmək belə istəmir. Əksinə, hökumətdə bəzi qurumların ləğvi barədə müzakirələr aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol