Menu

Qətlə yetirilən kombinat direktoru dəfn olundu

09.01.2016, 12:28
Qətlə yetirilən kombinat direktoru dəfn olundu

2 gün əvvəl Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşadığı bağ evində qətlə yetirilmiş Hövsan Taxıl Kombinatının direktoru Qalib Bağırov dünən axşam saatlarında doğulduğu Salyan rayonunda torpağa tapşırılıb.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, Qalib Bağırov 1963-ci ildə Salyan rayonunda anadan olub. Əmək fəaliyyətinə Salyan Taxıl Məhsulları Kombinatında usta köməkçisi kimi başlayıb. Sonralar Moskva Yeyinti Sənayesi İnstitunu bitirib.

Onu yaxından tanıyanların dediklərinə görə, Qalib Bağırov Azərbaycanda taxılın emalı və saxlanması üzrə ən sayılıb-seçilən mütəxəssislərdən biri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol