Azərbaycanın tanınmış jurnalisti Sevil Nuriyeva xanım həmkarı Xədicə İsmayılova ilə bağlı yaranan “casus” qalmaqalına reaksiya verib. Bu barədə jurnalist öz "Feysbuk" profilində yazıb.

Jurnalist millət vəkili Ceyhun Osmanlını X.İsmayılın səsini gizlicə yazaraq Baş Prokurorluğa verməsini qınayıb.

“Bu qanunsuzdur. Məhkəmə qərarı olmadan səs yazılmaz, yazılsa belə dəlil sayılmaz. Ayrıca insanlara xəyanət damğası vurmaq bu qədər bəsit olmamalıdır. Səs yazısı yetərli deyil, həm də heç..!”

Qeyd edək ki, Xədicə İsmayılova özünün facebook səhifəsində müxalifətçinin MTN tərəfindən ələ alındığını əks etdirən məxfi sənədin sürətini yerləşdirib. Xədicə İsmayılovanın yazdığına görə mətbuatda böyük qalmaqala səbəb olan sənəd ona 2011-ci ildə MNT-in hansısa keçmiş işçisi tərəfindən ötürülüb. Bu hadisə ilə bağlı X.İsmayıl bir neçə dəfə Baş Prokurorluqda dindirilib, elektoron poçtu, sosial şəbəkələrdəki hesabı yoxlanılıb.