Menu

Bakı sakini özünü dənizə atıb

09.01.2016, 18:55
Bakı sakini özünü dənizə atıb

Bakı sakini intihara cəhd edib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 350 metr aralı, nəzarətsiz ərazidə) intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol