Menu

Türkiyədə əməliyyat: 1 polis şəhid oldu -12 terrorçu öldürüldü

10.01.2016, 13:39
Türkiyədə əməliyyat: 1 polis şəhid oldu -12 terrorçu öldürüldü

Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyatlar davam edir. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, bu gecə hüquq-mühafizə orqanlarına Van vilayətində Erdemit yolunun kənarındakı evə bir qrup terrorçunun yığışması barədə məlumat daxil olub. Dərhal həmin üvnada əməliyyat keçirilib. Atışma vaxtı 1 polis şəhid olub, daha 2 əməkdaş isə güllə yarası ilə xəstəxanaya aparılıb. Evə yığışan terrorçuların 12-si də öldürülərək zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol