Çin iqtisadiyyatının yavaşlayacağı xofu ilə neft ucuzlaşmaqda davam edir. Çin dünyada ən böyük neft alıcısıdır.
“Marja” xəbər verir ki, Brent neftinin barreli 9% ucuzlaşaraq 30,75 dolları, Qərbi Texas neftinin (WTI) barreli isə 8% aşağı düşərək 30,74 dolları görüb.
Neft qiymətləri, Çin bazarlarındakı sarsıntının qlobal bazarlardakı satışlara təkan verməsi və ABŞ-da xam neft ehtiyatlarının artdığını göstərən rəqəmlə bağlı olaraq düşüb. Həmçinin Dolların güclənməsinin əmtəələrə olan tələbi azaltması da qiymətlərin geriləməsinə təsir göstərir.


Şərhlər