Menu

Faciədən 39 gün keçdi - "Günəşli" hələ də yanır

12.01.2016, 12:54
Faciədən 39 gün keçdi - "Günəşli" hələ də yanır

Ötən gün Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçi Qasımov Mübariz Dilqəm oğlunun cəsədi yaxın saatlarda ölkəmizə gətiriləcək. Bu barədə AzVision.az-a “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, “Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi Türkmənistan istiqamətində axtarışlar aparır.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 10 nəfərin cəsədi tapılıb.

Hazırda itkin düşən neftçilərin axtarışı davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol