Menu

MANAT CÜZİ DƏ OLSA BAHALAŞDI - Rəsmi məzənnə

12.01.2016, 17:49

1446558605_dollar-manat-merkezi-bankAzərbaycan Mərkəzi Bankı (AMB) sabaha olan dolların manata qarşı rəsmi məzənnəsini açıqlayıb. AMB-dən “APA-Economics”ə verilən məlumata görə, yanvarın 13-ə USD/AZN rəsmi məzənnəsi 1,5682 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu günə olan USD/AZN məzənnəsi 1,5685 olub. Beləliklə, dollar manata qarşı 0,0003 manat və 0,02% zəifləyib.

Əlavə edək ki, AMB-nin İdarə Heyətinin ötən ilin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra manat ilk dəfə olaraq dollara qarşı möhkəmlənib. Ötən ilin dekabrın 21-də USD/AZN məzənnəsi 1,55 olub və bundan sonra hər gün dollar möhkəmlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol