Menu

Azərbaycanda qadın səfir təyin olundu

12.01.2016, 20:17
Azərbaycanda qadın səfir təyin olundu

Prezident İlham Əliyev Nərgiz Akif qızı Qurbanovanın Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axşam.az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamıyla N.Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Prezident İlham Əliyev həmçinin Murad Nizami oğlu Nəcəfbəylinin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmməd Bahəddin oğlu Əhmədzadənin isə Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol