Menu

"ABŞ Yer kürəsinin ən güclü dövlətidir. Nöqtə”- Obama Moskvanı aşağıladı

13.01.2016, 11:26
"ABŞ Yer kürəsinin ən güclü dövlətidir. Nöqtə”- Obama Moskvanı aşağıladı

"Liderlər Pekinə və ya Moskvaya deyil, bizə zəng edirlər"

ABŞ prezidenti Barak Obama Konqresə illik müraciətini edib. Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, Obama Amerikanın dünyanın ən güclü ölkəsi adlandırıb. “ABŞ-ın iqtisadi tənəzzülü barədə bütün söhbətlər siyasi zəvzəklikdən başqa bir şey deyil. Eyni vaxtda ölkəmizin zəifləməsi və düşmənlərinini güclənməsi barədə ritorika da buna aiddir. ABŞ Yer kürəsinin ən güclü dövlətidir. Nöqtə”.

Obama dünyanın heç bir ölkəsinin ABŞ-a hücum etmək cəsarətində olmadığını deyib.Obama çıxışında Ukrayna və Suriya münaqişələrinə də toxunub və terroizm təhlükəsi barədə danışıb.

ABŞ prezidenti Ukrayna və Suriyanın Rusiyanın təsir dairəsindən tədricən çıxdığını deyib. Obama Moskvanın bu prosesi pozmaq istədiyini bildirib:“Rusiya iqtisadiyyatının azalmasına baxmayaraq təsir dairəsindən çıxan Suriya və Ukraynada öz resurslarını xərcləməkdə davam edir”.

Barak Obama müaisr dünyada Amerikaya təhlükə törədən dövlətlər arasında “şər imperiyaları”nı və dövlətçiliyi formalaşmamış bir sıra dövlətləri misal göstərib. O, ölkəsi üçün təhlükə törədən dövlətlər arasında Rusiyanı, Çini və Şimali Koreyanın adını çəkib.

Bununla belə, Obama dünyaya nə baş verirsə versin, planet sakinlərinin ilk növbədə Pekin ya Moskvaya deyil, Vaşinqtona baxdıqlarını deyib: "Liderlər Pekinə və ya Moskvaya deyil, bizə zəng edirlər".

Ağ Ev rəhbərinin sözlərinə görə, dünya beynəlxalq problemləri Çin və Rusiya ilə yox, ABŞ-la həll edir:

“Biz böhranla üzləşən hər bir ölkəni zəbt etməyə və dəyişməyə cəhd edə bilmərik. Bu, liderlik deyil. Bununla biz bataqlığa düşərək, amerikalıların qanını axıdarıq. Son nəticədə bu bizi zəiflədər. Vyetnamdan, İraqdan bu vaxtadək nəticə çıxarmalı idik.

Dünya mürəkkəb beynəlxalq problemləri Çin və ya Rusiya ilə deyil, ABŞ-la həll edir. Bizim nüfuzumuz mənim bu vəzifəyə təzə seçildiyim vaxtla müqayisədə hazırda daha yüksəkdir. İstənilən mühüm beynəlxalq məsələdə liderlər Pekinə və ya Moskvaya deyil, bizə zəng edirlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol