Hadisə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın şifrəli telefonu da dinlənirmiş. ANS PRESS-in məlumatına görə, nazirin istifadə etdiyi 5 ədəd şifrəli nömrəsinin texnoloji təşkilat əməkdaşları tərəfindən izləndiyi məlum olub.
Qeyd edək ki, şifrəli nömrələrdən Amerika, Almaniya, İsmaniya. Fransa və Norveçdə xüsusi rütbəli şəxslər istifadə edirlər. Türkiyədə də bu tip nömrələrdən istifadə edilir. Baş nazirdən başqa, ölkə başçısı Abdullah Gül, parlament spikeri Cemil Çiçek və bir çox vəzifəli şəxslər şifrəli nömrələrdən istifadə edir.
Xatırladaq ki, şifrəli (kriptol) nömrədən istifadə edərkən, həmin nömrəyə üçüncü şəxs müdaxilə edə bilmir. Həmin nömrənin hansı nömrə ilədanışdığı da gizlin qalır. Kiminsə bu nömrəni dinləməsi üçün şifrəni bilməsi lazım gəlir.


Şərhlər