Menu

Azərbaycanda itkin düşmüş şəxsin asılmış meyiti tapılıb

13.01.2016, 15:56
Azərbaycanda itkin düşmüş şəxsin asılmış meyiti tapılıb

Bakıda intihar hadisəsi baş verib.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Yanvarın 12-də “Şuşa şəhərciyi”ndə məskunlaşan 1967-ci il təvəllüdlü Quliyev Zəfər Salman oğlunun itkin düşməsi barədə polisə məlumat daxil olub. Bu gün isə onun Ramana qəsəbəsi ərazisindəki ağaclıqda asılmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol