Menu

Azərbaycan nefti bir az da ucuzlaşdı

14.01.2016, 11:36
Azərbaycan nefti bir az da ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşmaqda davam edir.

London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,37 dollar və ya 1,16% azalaraq 31,55 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. /fins.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol