AXCP Şəki şöbəsinin fəalları Yusif Lətifov və Məmməd Balaməmmədov həbs olunublar.Azadliq.info bildirir ki, onlar axşam saatlarında məhkəmə qarşısına çıxarılıblar.
Şəki Rayon Məhkəməsinin qərarı ilə Yusif Lətifova İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polisə müqavimət) ilə 20, Məmməd Balaməmmədova isə 296-cı maddə (ünvansız söyüş) ilə 10 sutka həbs cəzası verilib.
Xatırladaq ki, yanvarın 14-də AXCP GK-nin üzvü Turan İbrahim haqda Nərimanov Rayon Məhkəməsi də oxşar qərar qəbul edib. Toğrul İbrahim məhkəmə qərarı ilə 7 sutka azadlıqdan məhrum edilib.


Şərhlər