Menu

AXCP-nin Naxçıvan təşkilatının sədri işdən çıxarıldı

27.02.2014, 17:58
AXCP-nin Naxçıvan təşkilatının sədri işdən çıxarıldı

Naxçıvanda Babək rayon Uşaq Gənclər İdman Məktəbində 12 il müəllim işləyən AXCP Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Yaşar Bağırsoy işdən çıxarılıb.

Bu barədə Moderator.az-a Yaşar Bağırsoyun özü məlumat verib.

“ İşdən çıxarılmağım siyasi fəaliyyətimlə bağlı bir siyasi sifarışdir. AXCP Naxçıvan Muxtar Respublika Təşkilatının sədri olduqdan sonra dəfələrlə özüm və ailə üzvlərim müxtəlif təzyiqlərlə üzləşib. Məndən partiya sədrliyindən getməyi tələb edirdilər. Geri çəkilmədiyimi görüb, bu addımı atıblar. Son vaxtlar bir neçə dəfə məktəbin direktoru Fizuli Salamov da mənə işdən azad olunacağımla bağlı xəbərdarlıq etmişdi. Bildirmişdi ki, səni işdən çıxaracaqlar. İki gün əvvəl isə işdən çıxarıldım ”- Bağırsoy deyib.

Müxalifət funksioneri əlavə olaraq qeyd edib ki, artıq ona işdən azad olunması ilə bağlı məktub da göndərilib. Göndərilən məktubda bildirilir ki, o, altı nömrəli əmirlə , guya işlədiyi funksiyanı yerinə yetirə bilmədiyi üçün işdən azad olunur.

Yaşar Bağırsoy isə yazılanlarla razılaşmır. “ İşə vaxtı- vaxtında gedib-gəlirdim. Fiziki cəhətdən sağlamam və işimin öhdəsindən layiqincə gələ bilirdim. Sadəcə bu bir bəhanədir və bundan əvvəl də aktiv müxalifətçilərə qarşı bu cür üsullardan istifadə edilib ”

Xatırladaq ki, 2011-ci ilin sentyabr ayının 27-də Yaşar Bağırsoy və Zeynalabdin Bağırzadə qardaşları “Su təsərrüfatı” ASC-nin və Nehrəm bələdiyyəsinin əməkdaşları tərəfindən döyülmüşdülər və bu barədə dərhal polisə şikayət etmişdilər. Ancaq ifadə vermək üçün dəvət olunduqları Babək rayon Polis İdarəsində işi Bağırsoy qardaşlarının əleyhinə yönəldilmişdi. Onlar iki gün qanunsuz olaraq Babək rayon Polis şöbəsində saxlanaraq polisdə qəddarcasına döyülmüş, ciddi bədən xəsarəti almışdılar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol