Menu

Qarşıdan gələn 3 gün üçün məzənnə: dollar 1,59 manata yaxınlaşır

15.01.2016, 17:21
Qarşıdan gələn 3 gün üçün məzənnə: dollar 1,59 manata yaxınlaşır

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 18-ə olan ABŞ dollarının manata qarşı məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, yanvarın 18-ə USD/AZN rəsmi məzənnəsi 1,5870 səviyyəsində müəyyən olunub.

Beləliklə, dolların manata qarşı rəsmi məzənnəsi 1,04% və ya 0,0164 manat artıb.

Qeyd edək ki, bu məzənnə 16-18 yanvar tarixlərində qüvvədə olacaq.

Onu da qeyd edək ki, bu, AMB-nin İdarə Heyətinin ötən ilin 21 dekabr tarixində üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra dolların manata qarşı ən yüksək məzənnəsidir. İndiyə qədər USD/AZN rəsmi məzənnəsi yanvarın 14-15-də olub - 1,5706.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol