Burkina-Fasonun paytaxtında yerləşən "Splendid" mehmanxanasına silahlı hücum nəticəsində 20 nəfər həyatını itirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Uaqaduqu şəhər xəstəxanalarından birinin direktoru hadisə şahidləri ilə söhbəti zamanı bildirib.
O, həmçinin qeyd edib ki, 15 nəfər odlu silah yarası və travma alıb.
"Twitter"də yayılan məlumatlara görə, terror aktına görə məsuliyyəti "Əl-Qaidə" terror təşkilatı öz üzərinə götürüb.


Şərhlər