Menu

Poroşenko ABŞ və Avropadan kömək istədi - Krımın qaytarılması üçün

16.01.2016, 12:22
Poroşenko ABŞ və Avropadan kömək istədi - Krımın qaytarılması üçün

Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Birliyi və ABŞ-dan Krımın qaytarılması üçün kömək istəyib.

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Poroşenko Krımın enerji ilə təmin edilməsi üçün rəsmi Kiyevin şərtini açıqlayıb: "Biz tezliklə yeni bir saziş imzalayaraq Krımı enerji ilə təmin etməyə hazırıq. Ancaq yeganə şərtimiz var. Sazişdə Krım Muxtar Respublikası Ukraynanın ərazisi kimi göstərilməlidir".

Onun sözlərinə görə, Rusiya sazişdə Krımın Ukrayna ərazisi kimi göstərilməsindən imtina edir.

Qeyd edək ki, elektrik enerjisi təminatının 70%-i Ukraynadan asılı olan Krım ötən ilin noyabrından işıqsız qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol