Menu

Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi - Nazirin rəhbərliyi ilə

16.01.2016, 12:53

ramilusubovesasbnm64Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi keçirilib.

"Report" xəbər verir ki, 2015-ci ildə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan müşavirəyə daxili işlər naziri general-polkovnik Ramil Usubov rəhbərlik edib.

Müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun hesabatı dinlənilib. İdarə rəisi ötən il görülən işlər, həyata keçirilən tədbirlər, ölkədə yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün atılan addımlar barədə məlumat verib.

İclasda 2016-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol