Menu

Davudoğludan İngiltərə ilə bağlı mühüm açıqlama

17.01.2016, 21:28
Davudoğludan İngiltərə ilə bağlı mühüm açıqlama

2002-2015-ci illərdə İngiltərədən Türkiyəyə 8.5 milyard dollar həcmində investisiya daxil olub.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu deyib.

“2002-2015-ci illərdə İngiltərədən Türkiyəyə 8.5 milyard dollar həcmində investisiya daxil olub. Biz bununla kifayətlənmirik. Daha çox investisiyanı cəlb etmək üçün həm ümumi, həm də xüsusi müzakirələri artırmalıyıq. 2800-ə qədər ingilis şirkəti Türkiyədə fəaliyyət göstərir. Təxminən 90 türk şirkəti də İngiltərədədir. Bu ölkədə 1.4 milyard dollar həcmində invetisiyamız var. Fəaliyyətimizi daha da genişləndirməyə qərarlıyıq”, - Davudoğlu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol