Menu

Türkiyədə orta məktəb "Katyuşa" ilə vuruldu: 2 ölü, 2 yaralı - Yenilənib

18.01.2016, 17:03
Türkiyədə orta məktəb "Katyuşa" ilə vuruldu: 2 ölü, 2 yaralı - Yenilənib

Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis bölgəsindəki orta məktəb Rusiya istehsalı olan "Katyuşa" raket qurğu sistemindən atılan raketlərlə vurulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Kilis valiliyi bildirib.

Məlumata görə, Türkiyənin Silahlı Qüvvələri Suriyanın həmin ərazisinə nəzarət edən terrorçu İŞİD qruplaşmasının mövqelərini raket atəşinə tutub.

***

Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərindəki orta məktəblərdən birinə top mərmisi düşüb.

APA-nın "Cihan" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 09.30-da baş verib. Suriya istiqamətindən atılan mərminin partlaması nəticəsində məktəbdə ölən və yarananlar var. İlkin məlumatlara əsasən 2 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol