Sabah Milli Məclisin növbədənkənar iclasının keçirilməsi nəzərdə tutulur. Ehtimal olunur ki, Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə də düzəlişlər edəcəkdir.
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov “Marja”nın, “Sabah Milli Məclisin iclasında Vegilər Nazirliyinin 2016-cı il üzrə büdcə planına dəyişikliyin edilməsi nəzərdə tutulur?” sualına belə cavab verib:
“Sabahkı tədbir ilə bağlı tövsiyə edərdim ki, gözləyək. Yəqin ki, sabah kompleks tədbirlər ilə bağlı qanunvericiliyə ediləcək dəyişikliklər müzakirəyə çıxardılacaqdır”.
Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçiriləcək. İclasın yanvarın 19-da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Milli Məclis hazırda tətildədir.
Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.
Parlamentdəki mənbələrdən verilən məlumata görə, deputatlar Azərbaycanın 2016-cı il büdcəsinə təcili dəyişikliklərə baxacaq.


Şərhlər